Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Belarus uşaq ədəbiyyatı antalogiyası” adlı kitabın təqdimatı keçirilib

15.01.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 14.01.2022- ci il tarixdə kitabxananın fondunda olan “Belarus uşaq ədəbiyyatı antalogiyası” adlı kitabın təqdimatı keçirildi. Tədbirdə Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbin 5-ci sinif şagirdləri  və müəllimləri iştirak etdi. Tədbiri giriş sözü ilə başlayan şöbənin kitabxanaçısı Kifayət Sadıqova bildirdiki, Azərbaycan dilində tərcümə olunmuş  “Belarus uşaq ədəbiyyatı antalogiyası” kitabına Belarus uşaq yazıçılarının öz dəyəri və tərbiyəvi əhəmiyyəti ilə seçilən, kiçik yaşlı oxucuların bədii-estetik zövqünün formalaşmasında mühüm rol oynayan rəngarəng süjetli nağıllar daxil edilmişdir.Kitab Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin  Kitab”Renessans-A” Nəşriyyat evi tərəfindən nəşrə hazırlanmış və hazır dipozitivlərdən ofset üsulu ilə çap olunmuşdur. Sonda qeyd olundu ki, kiçik yaşlı uşaqlar və məktəblilər üçün nəzərdə tutulan “ Belarus uşaq ədəbiyyatı antalogiyası ” adlı kitabı onlar nə zaman istəsələr Uşaq Kitabxanasının fondundan əldə edib oxuya bilərlər.

 

117.6 KB