15.01.2022
14.01.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxananın oxu zalında II Qarabağ müharibəsinin şəhidi, gizir Orxan Namazova həsr olunmuş “Unutmadıq, unutmayacağıq, unutdurmayacağıq!” adlı görüş keçirildi.
Tədbirdə “Novosti Гянджа”qəzetinin müxbiri Mahir İsayev, “Gəncənin səsi” qəzetinin müxbiri Fərruxə Umarova, şəhidin anası Nailə Məmmədova, qardaşı Tərxan Namazov, dayısı Nofəl Məmmədov, döyüş yoldaşları qazi, gizir Kamran Rüstəmov və qazi, gizir Orxan Əbiyev, sinif yoldaşı qazi Fərid Xəlilov, müəllimləri Dürdanə Həsənova, Lətafət Həsənova, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin yazıçı və şairləri: Aləmzər Əlizadə, Zahid Şirani, Mələk İsmayıl, Almaz Yusifqızı, Kənan Yusifoğilu, Gəncə Dövlət Dram Tearının aktyoru Rəşad Hüseynov, şəhid anası Xumar Kazımova, qohumu Amil İbrahimov və kitabxana işçiləri iştirak edirdi.
İlk öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri açiq elan edən Gəncə şəhər MKS-nin direktor əvəzi Fəridə Qədimova qeyd etdi ki, Vətən yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar bütün yüksəkliklərdən ucada dayanan şəhidlik zirvəsinə yüksələ bilərlər. Orxan Namazov II Qarabağ müharibəsində, Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən belə qəhrəmanlarımızdandır. Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün davam edən və Qələbə ilə başa çatan Vətən Müharibəsi onlarla igidimizin qəhrəmanlıq salnaməsiylə yaddaşlara əbədi həkk olundu.
Şair Aləmzər Əlizadə çıxış edərək bildirmişdir ki, azadlığı, müstəqilliyi, torpağı uğrunda şəhid verən Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmayacaq, həmişə minnətdarlıq duyğuları ilə yada salınacaq, xatirələrinə dərin ehtiram bəsləniləcəkdir.Çıxışının sonunda Orxana həsr etdiyi şeirini söyləmişdir.
Gəncə Dövlət Dram Tearının aktyoru Rəşad Hüseynov Rəqibə Qəvvasın “Balası Orxan”adlı şerini ifa etdi.
Şair Zahid Şirani çıxışında qeyd etmişdir ki, yeniyetmə və gənclərimiz, Vətən yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini daim uca tutmalı və onlardan örnək götürməlidirlər. Qəhrəmanlar və şəhidlər ölmürlər, onlar yazıçıların və şairlərin qələmi ilə daim yaşayırlar. Onlar haqqında şeirlər yazılır, mahnılar bəstələnir. Çıxışının sonunda “Şəhid anası” şeirini söyləmişdir.
Oxu zalının kitabxanaçısı Tərifə Abbasova qeyd etmişdir ki, Vətən müharibəsində qəhrəmanlıq səlnaməsi yazan, şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biri də şəhid, kəşfiyyatçı, gizir Orxan Namazovdur. Şair Xəzangülün orxana həsr etdiyi “Orxan Namazova” adlı şerini söylədi.
“Gəncənin səsi” qəzetinin müxbiri Fərruxə bildirmişdir ki, gənc olmasına baxmayaraq igid Orxan Namazovun son nəfəsində belə mərdliklə "Təki Vətən sağ olsun" deməyi Azərbaycan əsgərinin nə qədər qorxmaz və mərd olduğunu göstərdi.
Goranboy rayon Xoylu kənd orta mıktəbində Orxanın müəllimi olan Dürdanə Həsənova bildirmişdir ki, Vətəni azad etmək uğrunda canlarını fəda edən şəhidlər getsələr də doğma vətənin torpağında əbədilik və ölməzlik izlərini qoyub getdilər.
Şəhidin qardaşı qızı Əntiqə Namazova “Qarabağ Azərbaycandır”şeirini söylədi.
Tədbirdə iştirak edənlər Azərbaycana, onun xalqına layiqli övlad olan, 44 günlük Zəfər savaşında, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək qəhrəmanlıq dastanı yazan və bu yolda canından keçərək şəhidlik zirvəsinə ucalan gizir Orxan Namazovu dərin ehtiramla anmış, onun döyüş sücaətindən, şərəfli, lakin. qısa həyat yolundan danışdılar.
Çıxışlarda qeyd olunmuşdur ki, Şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Zaman ötsə də, fəsillər dəyişsə də, illər əsrlərə, əsrlər minilliklərə çevrilsə də, qanları ilə dastan yazan şəhidlərimiz heç zaman unudulmayacaq. Unutmayacağıq, unutdurmayacağıq! Adı dillərdə, xatirəsi isə daim ürəklərdə yaşayacaq! Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yaşatmaq, ruhlarına dualar oxumaq hər azərbaycanlının vətəndaşlıq borcudur.Onlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah bütün Şəhidlərimizə rəhmət eləsin!