Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan  xalqının tarixi yaddaşında yaşayanlar” başlıqlı onlayn tədbir keçirilib

14.01.2022

13.01.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı  görkəmli dövlət xadimi Xudadat bəy Rəfibəylinin anadan olmasının 145 illiyi münasibətilə "Azərbaycan  xalqının tarixi yaddaşında yaşayanlar" başlıqlı onlayn tədbir keçirdi. Tədbiri giriş sözü ilə filialın müdiri Rahilə Qasımova açaraq Xudadat bəy Rəfibəylinin  Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən  biri və  Gəncəli olması haqqında qısa məlumat verdi. Tədbirdə AMEA-nın   Gəncə bölməsi tarix diyarşünaslıq şöbəsinin  elmi işçisi Namlet Allahverdiyev və  AMEA-nın  Gəncə bölməsi  Nizami Gəncəvi irsinin tərcüməsi şöbəsinin böyük elmi işçisi Aləmzər Tağıyeva  çıxış etdilər. Çıxış edənlər əvvəlcə Rəfibəylilər soyadı haqqında   ətraflı məlumat verdilər. Xalqımızın milli istiqlal mübarizəsinin fəal iştirakçılarından olan görkəmli dövlət xadimi Xudadat bəy Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və fəaliyyətində böyük  xidmətlər göstərib. Xudadat bəy dövlət xadimi olmaqla yanaşı həmdə  o zaman üçün xaricdə təhsil alan ilk ali təhsilli cərrahlardan biri olmuşdur. O həm də Azərbaycanda ilk səhiyyə naziri olmuşdur.  Tədbirdə Xudadat bəyin  gəncəli olaraq  xalq üçün gördüyü böyük işlərdən danışıldı. Həmçinin onun həbsinə etiraz olaraq  Gəncə və ətraf rayonların əhalisinin  göstərdiyi böyük sevgidən    də söhbət açıldı. Bu xeyirxah, ədalətli, nüfuzlu insanı Azərbaycan hökuməti diqqətdən kənarda qoymayıb. İllər keçəcək ancaq Xudadat bəyin o böyük  amalı xalqının qəlbində əbədi yaşayacaq. Bu gün  şəhərimizdə  onun qızı Xalq şairi Nigar Rəfibəyli soyadını daşıyan  bir küçə və   43 saylı tam orta məktəb var.

 

86.6 KB