Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sən mütaliə edirsənmi?” başlığı altında mütaliə həftəsinə start verilib

13.01.2022

Gəncə Regioanal Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 12.01.2022-ci il tarixdən oxucuların kitabxanaya cəlb olunması məqsədilə "Sən mütaliə edirsənmi?" başlığı altında mütaliə həftəsinə start verdi.İlk günü uşaq ədəbiyyatından ibarət "Nağıllar aləmi" başlığı ilə kitabların sərgisini təşkil etdi. Sərgilənən kitablar içərisində Azərbaycan klassiklərinin əsərləri ilə yanaşı müasir uşaq yazıçılarının kitabları da yer almışdır.Türk, rus,ingilis və digər xalqların nağılları oxucuların marağına səbəb oldu.Kitabxananın əməkdaşları yeni cəlb olunan uşaqlara mütaliə vərdişlərinin formalaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, təkminləşdirilməsi və mütaliə mədəniyyətinin vacibliyindən söhbət açdılar.Sərgi üçün seçilmiş bir-birindən fərqlənən rəngarəng şəkilli kitablar kiçik yaşlı uşaqların diqqətini daha çox cəlb etdi.Əsas məqsəd kitabxanaya yeni oxucu kütləsini toplamaq və mütaliə marağını artırmaqdan ibarətdir.

 

178.9 KB