Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xudadat bəy Rəfibəylinin 145 illiyinə həsr edilmiş dəyirmi masa keçirilmişdir

13.01.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 1 saylı kitabxana filialı 12.01.2022 - ci il tarixində görkəmli dövlət xadimi, Gəncənin müsəlman qubernatoru olan Rəfibəyli Xudadat bəy Ələkbər bəy oğlunun anadan olmasının 145 illiyi ilə əlaqədar dəyirmi masa keçirdi.

Tədbirdə 4 saylı məktəbin şagird və müəllim kollektivi iştirak edirdi.Tədbiri 1 saylı kitabxana filialının böyük kitabxanaçısı Kərimzadə Lalə açdı. Lalə Kərimzadə çıxışında Xudadat bəyin Gəncədə doğulduğunu və Rəfibəylilər nəslindən olduğunu söylədi. O,bildirdi ki, Xudadat bəy mükəmməl təhsilə malik olmuş, Xarkov universitetinin tibb fakultəsini bitirmişdir. Eyni zamanda həmin universitetin qospital- klinikasının cərrahiyyə şöbəsində 3 il Ordinator işləmişdir.Daha sonra söz 4 saylı məktəbin tarix müəllimi Vəliyev Elbara verildi.O,öz çıxışında Xudadat bəyin həyat və fəaliyyətindən, Rəfibəylilər nəslinin Azərbaycan dövləti üçün nə qədər yararlı və dəyərli olduğu haqqında məlumat verdi.1 saylı kitabxana filialının müdiri Məlikova Züleyxa öz çıxışında Xudadat bəyin həbs olunmasından və günahsız yerə güllələnməsindən danışdı.O,qeyd etdi ki, Xudadat bəy Difai partiyasının yaradıcısı və üzvi olmuşdur.Xudadat bəy Rəfibəyli Gəncə üçün çox böyük işlər görmüş,Gəncə xalqı tərəfindən hər zaman sevilmişdir.Gəncə xalqının hörmətinə layiq olan Rəfibəylilər nəslindən olan şəxsiyyətlərə Gəncədə heykəllər qoyulmuş, və onların adlarına küçə adları verilmişdir.Rəfibəylilər nəsli həmişə Azərbaycan xalqı tərəfindən hörmətlə yad edilir.

 

133.6 KB