Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətən mənim bu günüm...” adlı dəyirmi masa keçirilmişdir.

13.01.2022

12.01.2022- ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Gəncə şəhər  Mədəniyyət Mərkəzində Azərbaycan şəhidlərinin xatirəsinə həsr edilmiş “Vətən mənim bu günüm...” adlı vətənpərvərlik  mövzusunda dəyirmi masa keçirilmişdir.

    Tədbiri Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova açaraq hamını salamladı və ilk öncə bütün Azərbaycan şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.

     Mədəniyyət Mərkəzinin direktoru öz çıxışında xüsusi olaraq vurğuladı  ki, Respublikamızda siyasi sabitlik üçün ölkə rəhbərimizə minnətdarıq. Vətən şəhidlərimizin ruhu bizim üçün həmişə əzizdir.

    Mədəniyyət Mərkəzinin bədii rəhbəri Eldar Məmmədov öz çıxışında qeyd etdi ki, tədbirimizə “Vətən mənim bu günüm...”adlının verilməsi təsadüfü deyil. Çünki, hörmətli şairimiz Tofiq Bayramın  dediyi “ Vətən mənim bu günüm ,...sabahım ,  toy –düyünüm . Haqqım var ki, öyünüm, ürəklərdə döyünüm, Azərbaycan deyəndə!” sözləri bu günümüzlə səsləşir. Ona görə ki, biz bütün dünyada qalib ölkə kimi tanınırıq. 2020-ci ildə  ikinci Qarabağ Vətən müharibəsində Zəfər çaldıq, Yeni Tarix yazdıq

      Mədəniyyət Mərkəzinin metodisti Gülarə Qurbanova bildirdi ki, bu gün təşkil etdiyimiz təqdirdə Mərkəzimizin peşəyönümlü kurs tələbələrinin iştirakı təqdirə layiqdir.Gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsi həmişə diqqət mərkəzində olmalıdır.

         Mədəniyyət Mərkəzinin kütləvi işçisi İaləxanım Hacıyeva bildirdi ki, Vətənə məhəbbət , Vətəni qorumaq hər bir ölkə vətəndaşının ümdə borcu olmalıdır.

        Mədəniyyət Mərkəzinin “tibb kursu”nun tələbəsi Günel Yolçuyeva  oz çıxışında qeyd etdi ki, doğma vətənimiz Azərbaycan bizə əzizdir və biz onu göz bəbəyimiz kimi qorumalıyıq.

  Mədəniyyət Mərkəzinin “tibb kursu” nun tələbəsi Ləman Əliyeva  

  öz çıxışında bildirdi ki, bu cür tədbirlərin keçirilməsi əlbəttə vacibdir. Belə tədbirlər biz gənclərin vətənpərvər olmasında öz müsbət təsirini göstərir.

Tədbirdə iştirak edən tələbələrdən Şəhanə Qurbanəliyeva və Jalə Əliyeva Azərbaycana –Vətənimizə həsr edimiş şeirlər söylədilər.

       Tədbirin sonunda Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova tədbir iştirakçılarının hər birinə öz təşəkkürünü bildirdi.

 

76.3 KB