Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kiçik - kiçik sandıqlar, içi dolu fındıqlar” adlı tapmaca saatı keçirilib

11.01.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 11.01.22-ci il tarixində “Kiçik - kiçik sandıqlar, içi dolu fındıqlar” adlı tapmaca saatı keçirildi. Tədbiri aparan uşaq şöbəsinin böyük kitabxanaçısı Aytən Əliyeva əvvəlcə tapmacaların yaranma tarixindən ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan şifahi xalq ədəbiyyatının bir qolu olan tapmacalar insanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədi ilə yaradılan ədəbi janrdır. Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir, onun tapılması qarşı tərəfdən tələb olunur. Keçirilən tapmaca saatında uşaqlara müxtəlif mövzulardan bəhs edən tapmacalar təqdim olundu. İştirakçılar tapmacaları böyük maraq və həvəslə cavablandırdılar. Sonda fəal iştirak edən uşaqlara hədiyyələr təqdim olundu.

 

73.3 KB