10.01.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində Azərbaycan yazıçısı, şair,dramaturq Cəfər Cabbarlının “Dilbər” hekayəsinin müzakirəsi keçirildi. Şöbənin müdiri Ellada Rəhimova əvvəlcə iştirakçılara XX əsr Azərbaycan ədəbiyyatının görkəmli klassiklərindən biri olan Cəfər Cabbarlı həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Bildirdiki, yazıçı yazdığı bütün əsərlərində yaşadığı dövrün mənəvi-əxlaqi problemlərini, cəmiyyətdəki nöqsanları ustalıqla qələmə almışdır. Yaratdığı əsərlərin ana xəttini insanların savadsızlığı, sosial ədalətsizlik və qadın hüquqsuzluğu təşkil edir. Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan Cəfər Cabbarlının əsərləri bütün dövrlərdə maraqlı olaraq tamaşaya qoyulmuş və filmər çəkilmişdir. Sonra “Dilbər” hekayəsinin məzmunu yada salınaraq oxucular əsərin tərbiyəvi əhəmiyyətini,hadisənin nə səbəbdən baş verməsini, Dilbərin yaşadığı mühit, o cümlədən Dilbərin bütün hüquqlarının pozulması və hekayədəki başqa surətləri müzakirə etdilər.