Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ürəyimdə vətən eşqi görərsən” başlığı altında tədbir keçirilib

07.01.2022

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 06.01.2021-ci il tarixində şair, Azərbaycan Yazıçılar Birliyinin üzvüƏləmdar Quluzadənin anadan olmasının 70 illiyi ilə əlaqədar “Ürəyimdə vətən eşqi görərsən” başlığı altında tədbir keçirtdi. Tədbiri 15 saylı filialın kitabxanaçısı Sulaxbin-Elçi Aygün apardı. Kitabxanaçı ilk öncə tədbirin iştirakçıları Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 7c sinif şagirdlərini salamladı. Onlara şair Ələmdar Quluzadənin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Qeyd etdi ki, uşaq ədəbiyyatı Ə.Quluzadə yaradıcılığının aparıcı qollarından biridir. Onun uşaqlar üçün qələmə aldığı şeir, poema və nağıllar səmimiliyi, dilinin rəvanlığı ilə seçilir. Ona görə də onun şeirləri məktəblilər tərəfindən həvəslə oxunur və tez əzbərlənir. Sonra şagirdlər şairin“Azərbaycan dili”, “Uşaq şairləri uşaq kimidir”, “Vətən bayrağı”, “Vətən eşqi”,“Gəlin uşaqlara oxşayaq”, “Qarabağ himni” və sair şeirlərini əzbər söylədilər. Kitabxanaçışagirdlərə və onların müəllimi Nərgiz Allahverdiyevaya filial adından öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.

 

227 KB