Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ömrün poeziyası” adlı ədəbiyyat saatı keçirilib

07.01.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı  naşir,şair,tərcüməçi,Azərbaycan Yazıçılar Birliyinin üzvü,Azərbaycan Əməkdar İncəsənət xadimi,Prezident təqaüdçüsü Vidadi Babanlının 95 illik yubileyi ilə əlaqədar olaraq "Ömrün poeziyası" adlı ədəbiyyat saatı keçirdi.Tədbiri 7 saylı kitabxana filialının böyük kitabxanaçısı Könül Mirxudayeva aparırdı.Kitabxanaçı tədbiri açıq elan etdikdən sonra yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi.Qeyd olundu ki,Vidadi Babanlı Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində doğulmuşdur,həmin  kənddə orta məktəbi bitirmiş,sonra ADU-nin filologiya fakültəsində,Moskvada M.Qorki adına Ədəbiyyat İnstitunun aspiranturasında təhsil almışdır.Kitabxanaçı vurğuladı ki,bədii fəaliyyətə XX əsrin ortalarında şeir yazmaqla başlasa da,əsasən naşir kimi tanınmışdır.Yazıçının "Vicdan susanda", " Müqəddəs ocaq", "Gəlin" kimi romanları oxucular arasında dərin rəğbət qazanmışdır.Tədbirin sonunda kitabxanaçı bildirdi ki,Vidadi Babanlı ədəbiyyatımızın yüksəlişində,bədii fikrin ideya- estetik üfüqlərinin genişlənməsində mühüm əvəzsiz xidmətləri olan bir yazıçıdır.

 

143.7 KB