07.01.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Oxu Zalı 07.01.2022-ci il tarixində nasir, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi Vidadi Babanlının "Vicdan susanda" və "Bulanıq dünya" romanlarının xülasəsi keçirildi. Tədbiri açan böyük kitabxanaçı Əfsanə Bağırova yazıçı Vidadi Babanlının həyat və yaradıcılığına qısaca nəzər saldı. Sonra "Vicdan Susanda" romanının XX əsrin ikinci yarısında Azərbaycanda elmi-texniki tərəqqinin həyat və məişətə, insanlarin psixologiyasına, cəmiyyətdə yeniləşmə prosesinə ciddi təsirindən, böyük şəhərlərin havasının çirkləndirilməsinin qarşısının alınması tədbirlərindən, ətraf mühitin, ana təbiətin ekoloji qorunması məsələlərindən və habelə mənəviyyatdakı aşınmalarından, geniş oxucu kütləsi toplayan "Bulanıq dünya" romanında isə müasiri və şahidi olduğumuz bir çox əxlaqi-mənəvi dəyişikliklərdən, çalpaşıq həyat tərzinin təzadlarından bəhs etdi.