13.03.2018
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 13 mart 2018- ci il tarixidə Azərbaycan xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə “Tariximizin şanlı salnaməsi” başlığı altında dəyirmi masa keçirildi.
Tədbirdə Heydər Əliyev Mərkəzinin kollektivi, Texnologiya Universitetinin tələbələri və kitabxanın fəal oxucuları iştirak edirdi.
Tədbiri açıq elan edən 16 saylı filialın müdiri Lyudmila Axundova Azərbaycan Xalq Cumhuriyyətinin tarixindən söz açdı: O qeyd etdi ki, Xalq Cumhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika kimi tarixə yazılıb.
Sonra Texnologiya Universitetinin müəlliməsi Ələkbərova Ramilə öz çıxışında bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən əziz , ən qiymətli sərvətimizdir, eyni zamanda bu, XX əsrin əvvəlindən sonunadək xalqımızın qəlbində yaşayan azadlıq idealları uğrunda mübarizənin məntiqi nəticəsidir. Azərbaycan respublikasının ümummilli lideri Heydər Əliyevin sözləri ilə desək “ Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dölət müstəqilliyimizi, əbədi etməkdən ibarətdir.”
Tədbir iştirakçılarından Aydın Fərzəliyev, Nicat Abdullayev və başqaları mövzu ilə bağlı öz fikirlərini bildirdilər.
Sonda tədbir iştirakçıları “İstiqlalın şanlı yolu” mözusunda təşkil olunmuş sərgi ilə tanış oldular.