Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

27 sentyabr “Ümumdünya Turizm günü”

27.09.2017

27 sentyabr “Ümumdünya Turizm günü” ilə əlaqədar Naftalan şəhər mədəniyyət müəssilərində bir sıra tədbirlər keçirilmişdir. Belə ki, şəhər N.Gəncəvi adına Mərkəzi Kitabxanada sərgi və dəyirmi masa təşkil olundu. Tədbiri giriş sözü ilə kitabxananın direktoru N.Əliyeva açdı. Daha sonra isə L.Əhmədova turizmlə bağlı oxuculara ətraflı və dolğun məlumat verdi.
Eyni zamanda şəhər Heydər Əliyev Mərkəzində və Tarix-Diyarşünaslıq Muzeyində Turizm günü ilə əlaqədar “Açıq qapı” günü keçirildi. Söhbət əsasında turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsindən, ölkəmizdə fəaliyyət göstərən turizm obyektlərindən və ölkəyə gələn turistlər üçün yaradılan şəraitdən danışıldı.
Həmçinin Turizm günü ilə əlaqədar şəhər Mədəniyyət Mərkəzinin musiqi kollektivi şəhərdə fəaliyyət göstərən sanatoriyalar və istirahət mərkəzlərində konsert proqramları ilə çıxışlar etmişlər.