Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Aslanov Bəxtiyar İlqar oğluna həsr olunmuş tədbir keçirilib

30.12.2021

Naftalan səhər uşaq musiqi məktəbinin kollektivi torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüslərdə qəhrəmancasına şəhid olmuş Aslanov Bəxtiyar  İlqar oğlunun  doğum gününə həsr olunmuş tədbirdə iştirak ediblər.Anım tədbirində Naftalan və Şuşa şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları,Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov,Azərbaycan Respublikası Yazıçılar İttifaqının,Şəhidlər Cəmiyyətinın nümayəndəliyi,şəhər idarə müəssisə rəhbərləri,hərbçilər,din xadimləri,şəhid ailələri,qazilər və şəhidin ailə üzvləri tərəfindən şəhidin məzarı ziyarət olunub,önünə əklil və gül dəstələri düzulərək xatirəsi dərin ehtiramla yad edilib.Ziyarətdən sonra Naftalanda yerləşən "Ay Ulduz"sarayında şəhidin doğum gününə həsr olunmuş mərasim keçirilib.Dövlət himni səsləndirilib,şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə şəhidimizin şərəfli həyat yolundan,onun vətənimizin ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub,şəhidə həsr olunmuş müxtəlif Televiziya şirkətlərinin çəkilisləri,şəhər idarə müəssisə tədbirlərindən  videoçarxlar nümayiş etdirilib.

 

163.1 KB