Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bir olaq həmrəy olaq” başlıqlı dəyirmi masa keçirilib

30.12.2021

29.12.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında  Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni ilin gəlişi münasibətilə “Bir olaq həmrəy olaq” başlıqlı dəyirmi masa keçirildi. 
Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında geniş məlumat verdi. 
 Sonra Tarix və diyarşünaslıq Muzeyinin elmi işcisi Fidan Böyükbabalı  çıxış edərək bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərrurətə və mənəvi ehtiyaca çevrilmişdir. 
Tədbirdə həmçinin 11 saylı filialın kitabxanaçısı Nailə Məmmədova da çıxış edərək öz çıxışında bildirdi ki, xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü  böyük həvəs və coşqu ilə qeyd edir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. 
Tədbirin sonunda Gəncə Dövlət Rəsm Qaleriyasının bələdcisi Sevinc Məhərrəmova çıxış edərək Ulu Öndərin bu kəlamını dedi "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"
 

 

244.4 KB