30.12.2021
29.12.2021 ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Qarayeri qəsəbə kitabxana filialı və Qarayeri qəsəbə 1 saylı uşaq bağcası,körpələr evi "Fidanların Həmrəyliyi"adlı Yeni il və Dünya Azərbaycanlılarınım Həmrəylik gününə həsr olunmuş şənlik keçirildi.
Şənliyi giriş sözü ilə 1 saylı uşaq baxcası körpələr evinin müdiri açıq elan etdi. 44 günlük Vətən Müharibəsində canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Samux rayon MKS-nin Qarayeri qəsəbə kitabxana filial müdiri Samirə Məmmədova çıxış edərək körpə fidanları təbrik etdi. Uşaqların hazırladıqları şeirlər, viktorinalar , səhnəciklər təqdim olundu.17 Oktyabr 2021 ci ildə Ermənistanın Gəncəyə qarşı törətdiyi terror nəticəsində ailəsini tamamilə itirmiş Şahnəzərova Xədicə 1 saylı baxca körpələr evinin üzvüdür və həmişə diqqət və qayğı ilə əhatə olunur. Sonda Şaxda baba körpə fidanlara hədiyələr payladı.