30.12.2021
30.12.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi və kənd filialları ilə birgə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə onlayn videokonfrans keçirildi. Tədbirin ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Təranə Qarayeva açaraq bütün iştirakçıları salamladı və Şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edildi. O,qeyd etdi ki, bugün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biridir. 1991- ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra söz Çobanabdallı kənd Diyarşünaslıq evinin müdiri Səxavət Əsgərovaya verildi. O,qeyd etdi ki, dünya Azərbaycanlılarının Həmrəyliyi Günü- Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Sonda söz Lək Sənətkarlıq evinin müdiri Cahangir Nəbiyevə verildi və o,qeyd etdi ki, Qarabağ uğrunda uzun illər davam edən mübarizənin və nəhayət, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərin Ulu Öndərin uzaqgörənliyinin və siyasi dühasının növbəti təzahürüdür və dahi liderin layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin bizi Qələbəyə aparan “Biz birlikdə güclüyük!” şüarının da məhz bu həmrəyliyin təcəssümü olduğunu qeyd etdi.