Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yeni il” münasibətilə dəyirmi masa keçirilib

30.12.2021

30.12.2021 ci il tarixdə Mir Cəlal Paşayev Ev Muzeyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və "Yeni il" münasibətilə dəyirmi masa təşkil olundu.  Əvvəlcə 44 günlük vətən müharibəsində həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Muzeyin direktoru İradə İbayeva Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edərək dedi:  
" Bu günün əsası İranla Azərbaycan sərhəddinin dağılması ilə qoyulub. Uzun zaman bir- birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd dirəklərini yıxması, o taylı- bu taylı millətin Araz çayının qırağında gecə-gündüz birləşmək şüarı azərbaycanlıların həmrəy bir millət olduğunu dünya çapında bir daha sübut etməyə və Azərbaycanın birləşmək cəhdi idi.  Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. 1991 -ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Dünya Azərbaycanlıları birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Artıq bütün Azərbaycan bu günü rəsmən bayram günü kimi qeyd edir. Bu bayram dünyanın 70-dən cox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqə yaradıb və onların arasında həmrəylik yaratmaq işində mühüm rol oynayır". 
Sonra muzeyin bələdçisi Dilbər Orucova kollektivi təbrik edərək, bu günün əhəmiyyətindən danışdı.

 

75 KB