30.12.2021
Naftalan şəhər uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin bir qrupu Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Naftalan şəhər Reabilitasiya Mərkəzində Qarabağ müharibəsi qaziliəri,əlillər və şəhid ailələri qarşısinda çıxış etmişlər.Tədbirdə məktəbin müəllimlərindən ibarət xalq çalğı alətləri ansamblının müşayiəti ilə oxunan vətənpərvərlik mahnıları,"Cəngi"qarmonçalanlar ansamblının ifası,məktəbin şagirdi Murad Musazadənin təqdim etdiyi Azərbaycan bayrağına həsr olunmuş seir dinləyicilər tərəfindən xüsusi rəğbətlə qarşılandı.Sonda Reabilitasiya Mərkəzinin rəhbərliyi musiqi məktəbinin kollektivinə öz təşəkkürünü bildirdi.