Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aşıq Ələsgərin 200 illiyi ilə bağlı tədbir keçirilib

30.12.2021

29 dekabr 2021 ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mədəniyyət Mərkəzinin Nizami kənd sənətkarlıq evində Aşıq Ələsgərin 200 illiyi ilə bağlı tədbir keçirildi.Ilk őncə şəhidlərin ruhu 1 dəqiqəlik sūkutla yad edildi.

Tədbirdə Nizami kənd sənətkarlıq evinin direktoru Natəvan Sadıqova və kollektivi , Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi İsmayıllı Mürsəl, idarənin əməkdaşı Geroy Həsənov, kəndin bələdiyyə sədri İnqilab Kazımov, hərbiçilər , aşıqlar və kənd sakinləri iştirak etdilər. Bələdiyyə sədri Aşıq Ələsgər haqqında geniş məlumat verdi .

Sonra Regionun məsləhətçisi İsmayıllı Mürsəl tədbirdə iştirak edənləri Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi cənab Vasif Cənnətovun adından təbrik etdi. Aşıq Ələsgərin 200 illik tədbirlər planı haqqında ətraflı məlumat verdi. Sonra söz aşıqlara verildi və tədbirin sonunda xatirə şəkli çəkildi

 

102.1 KB