Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gücümüz birliyimizdədir” başlığı altında səhərcik keçirilib

29.12.2021

           Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı filialı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə əlaqədar olaraq “Gücümüz birliyimizdədir” başlığı altında səhərcik keçirtdi. Tədbir Gəncə şəhər 32 saylı Körpələr evi-uşaq bağçasında keçirildi. Tədbirdə ilk öncə səsləndirilən Azərbaycan Respublikasının dövlət himnini kiçik yaşlılar böyük fəxrlə, əllərini ürəklərinin üzərinə qoyaraq söylədilər. Sonra vətənimizə həsr olunmuş şeirlər söyləyib, rəqs edib, əyləndilər. Şaxta babanın hədiyyə dolu torba ilə gəlişi onların hədsiz sevincinə səbəb oldu.

 

286.2 KB