Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Fuad İmaməddin oğlu Məhərrəmovun ailəsi ziyarət edilib

29.12.2021

29-12-2021 ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Zeyvə kənd Folklor Evinin təşkilatçılığı ilə 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-yanvar Yeni İlin gəlişi münasibətilə Vətən Müharibəsi Şəhidi Goranboy rayon Zeyvə kənd sakini baş-leytenant Fuad İmaməddin oğlu Məhərrəmovun ailəsini ziyarət edib.
Şəhid ailəsi ilə görüşdə Rayon Mədəniyyət Mərkzinin əməkdaşı Elçin Tağıyev, Zeyvə kənd Folklor Evinin,Şəfəq Qaraçinar kənd Mədəniyyət evlərinin əməkdaşları iştrak etmişdir.
Çıxış edən Elçin Tağıyev, Aygül Rəsulova Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi cənab Vasif Cənnətovun adından dərin hüzünlə başsağlığı verərək Şəhidimizə uca Allahdan rəhmət ailəsinə səbir dilədilər.
 Bu cür ailələrlə görüşlərin keçirilməsi və ziyarət olunması Mədəniyyət Mərkəzində çalışan bütün əməkdaşların qarşıya qoyulan vəzifələrdən biri olduğu Şəhid ailəsinin diqqətinə çatdırılmışdır.
Şəhid ailəsi ilk öncə onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.
Bununla yanaşı Mədəniyyət sahəsində çalışan əməkdaşlara və bu cür görüşlərin keçirilməsində tapşırıqlar verən İdarə rəisinə təşəkkürlərini bildirdilər.
Sonda Şəhid baş-leytenant Fuad Məhərrəmovun ailəsinə Şəhidimizin şəkli əks olunmuş xatirə foto-tablosu təqdim edilmişdir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

 

134.8 KB