29.12.2021
29.12 . 2021 - ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Şair Nüsrət Kəsəmənlinin 75 illik yubileyinə həsr olunmuş dəyirmi masa söhbəti keçirildi.
Tədbirin ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Təranə Qarayeva açdı. O, tədbir iştirakçılarını salamlayaraq şairin həyat və yaradıcılığından geniş söhbət açdı. Və qeyd etdi ki, Nüsrət Kəsəmənli 29 dekabr 1946 - cı ildə Ağstafa rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Universitetin II kursunda ikən " Bakı " və " Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifəsinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir. Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur. 1960 - cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150 - dək şerinə musiqi bəstələnmişdir.
Sonra söz Samux rayon Ağsaqqallar Şurasının Sədri Gəray Bayramova verildi. O, da öz növbəsində şair haqqında geniş söhbət açdı və qeyd etdi ki, Nüsrət Kəsəmənli o şairlərdəndi ki, onun şeirləri xalqımız tərəfindən sevilə - sevilə oxunur və şeirlərinin bir çoxuna mahnılar bəstələnib. Nüsrət Kəsəmənli öz yaradıcılığı ilə Azərbaycan poeziyasına məhəbbət şairi kimi möhürünü vurub.
Daha sonra söz Şair Xasay Yusibova verildi. O, da öz növbəsində bildirdi ki, Nüsrət Kəsəmənli " Boş kəndlərin harayı ", " Mövzu üzrə improvizasiya ", " Ənbizlərin keşiyində", " Sovet Azərbaycanına səyahət" və s. sənədli filimlərin, "Afroditanın qolları", " Qarabağ əhvalatı" bədii filimlərin ssenari müəllifidir. Sonda Mədəniyyət Mərkəzinin kollektivi şair haqqında geniş məruzələr edərərək onun şeirlərini səsləndirdilər.