29.12.2021
29.12.2021 tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Gəncə şəhər Mədəniyyət Mərkəzinin kollektivi Yeni il münasibəti ilə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Elçin İlqar oğlu İsmayılovun ailəsini ziyarət etdi.
Mədəniyyət Mərkəzinin kollektivi qarşıdan gələn yeni il -2022- ci il münasibəti ilə şəhidin ailəsinə ,körpə balalarına bayram sovqatı təqdim etdi.
İlk öncə Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şəhidin həyat yoldaşı, Sevinc Məmmədova ölkə rəhbəri İlham Əliyevin və Birinci Vitse –Prezident Mehriban xanım Əliyevanın şəhid və qazi ailələrinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirdi. Eyni zamanda O, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova və Gəncə şəhər Mədəniyyət Mərkəzinin kollektivinə şəhid ailələri ilə bu cür görüşlərin keçirilməsinə görə öz təşəkkürünü bildirdi.
Tədbir pandemiya şəraitinə uyğun keçirildi.