29.12.2021
27.12.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində "Azərbaycan multikultural dəyərləri baxımından dünyaya örnəkdir" mövzusunda konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Aygül Cabbarova, mərkəzin əməkdaşı Zenfira Qılıcova, Sahanə Tağıyeva tədbir iştirakçılarına mövzu ətrafında geniş məlumat verdilər. Muzakirələr apardılar. Sonda dünyada irqi ayrıseçkilik, islamafobia ilə bağlı baş verən xoşagəlməz proseslərin əksinə Azərbaycanda multikulturalizmin nümunə kimi dünyaya örnək olmasından bəhs edən sənədli film izlənildi.