Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib

28.12.2021

28.12.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi şəhid Şamil Quliyev adına  2saylı Uşaq bağçasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirdi.Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəkik sükütla yad edildi.Uşaq bağçasının müdiri Xatirə Səmədova
 tədbiri açaraq iştirakçıları salamlayıb, xalqımızı Həmrəylik günü və Yeni il bayramları münasibəti ilə təbrik etdi.Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova çixiş edərək bildirdiki 31 Dekabr Həmrəylik gününün adından göründüyü kimi bütün dünya xalqlarını dost həmrəy olmağa çağlran bir  gündür.Məhz  xalqımızın birliyi, həmrəyli, Ali Baş Komandamız cənab İlham Əliyevin ətrafinda sıx birləşməsi bizə qələbə sevincini yaşatdı və otuz illik ağrıya həsrətə son qoyuldu.Uşaq şöbəsi oxu zalının müdiri Samirə Əliyeva 31Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında geniş məlumat verdi.Tədbirdə şəhid və  qazi ailələrinin övladları da iştirak edirdi.Tədbirə Şaxta baba və Qar qızın gəlişi balacaların sevincinə səbəb oldu.Şaxta baba və Qar qız balacalara gətirdikləri bayram sovqatları payladılar.Balacaların ifasında hazırladığımız səhnəcik, mahnı və rəqslər  tədbir iştirakçılarına təqdim olundu Əyləncəli bayram şənliyi günorta saatlarına qədər davam etdi.

 

162.3 KB