Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gəlin Həmrəy olaq”adlı tədbir keçirilib

28.12.2021

27.12.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Sərkar kənd kitabxana filialının təşəbbüsü və Sərkar kənd folklor evinin birgə təşkilatçılığı ilə 31dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə “Gəlin Həmrəy olaq”adlı tədbir keçirildi. Tədbir Vətən müharibəsi şəhidlərinin və Qazilərinin övladlarına həsr olunmuşdur. Tədbirdə Samux rayonundan olan Vətən müharibəsinin Şəhidi Cəfərov Babəkin ailəsi, Şəhid Çavuş Abdullayev Qəzənfərin ailəsi,Vətən müharibəsinin Qazisi Qənbərov Hüseyn və ailəsi,Gəncə terrorunun qurbanlarından olan Samux rayon sakini Şahnəzərli Xədicə Röyal qızı ,Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayonu üzrə baş məsləhətçisi Əliyev Süleyman,Sərkar kənd İcra nümayəndəsi Əliyev Təhmasib,Samux rayon MKS-nin direktor vəzifəsini müvəqqəti icra edən Telli Nəsibova,Samux rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Təranə Qarayeva ,Sərkar kənd kitabxana filialının müdiri Əliyeva Gülşən,Folklor Evinin müdiri Əsgərova Göyçək ,Samux rayon MİHİ -nin sədri Hüseyinova Maviyyə,Samux rayon Sərkar kənd körpələr evinin balaca fidanları,Samux rayon Sərkar Kənd Uşaq Musiqi Məktəbinin müəllimləri ,Samux rayon Sərkar kənd məktəbinin şagirdləri ,Samux rayon MKS-nin və Mədəniyyət mərkəzinin kollektivi iştirak etdilər. Tədbirə başlamazdan öncə Vətən uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi 1dəqiqəlik sükütla yad olundu. Samux rayon Körpələr evinin fidanları Şuşanın dağları musiqisi altında rəqs nümayiş etdirdilər,Sərkar kənd Məktəbinin şagirdlədi Vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər,Uşaq musiqi məktəbinin tar müəllimi Yusifov Amil ,muğam müəllimi Fuad Ramazanov və onları müşayət edən Əmiraslanov Ramil Qarabağ şikəstəsi və Yol ver Türkün Bayrağına adlı müsiqi nömrələri ilə çıxış etdilər.Tədbirdə iştirak edən hər kəs Şəhidlərimizin Vətənə əmanəti olan igid övladlarını və Qəhrəman Qazi övladlarını Həmrəylik günü münadibətilə təbrik etdi.Tədbir Kəpəz tv tərəfindən lentə alındı.

 

130.7 KB