28.12.2021
27.12.2021 tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Gəncə şəhər Mədəniyyət Mərkəzinin kollektivi Yeni il münasibəti ilə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Ceyhun Namiq oğlu Abbasovun ailəsini ziyarət etdi.
Mədəniyyət Mərkəzinin kollektivi qarşıdan gələn yeni il -2022- ci il münasibəti ilə şəhidin ailəsinə ,körpə balalarına bayram sovqatı təqdim etdi.
Şəhidin həyat yoldaşı, tarix müəllimi Leyla xanım ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse –prezident Mehriban xanım Əliyevanın şəhid və qazi ailələrinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirdi.Eyni zamanda O, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova və Gəncə şəhər Mədəniyyət Mərkəzinin kollektivinə şəhid ailələri ilə bu cür görüşlərin keçirilməsinə görə öz təşəkkürünü bildirdi.