28.12.2021
Naftalan şəhər Uşaq Musiqi Məktəbində Azərbaycan torpaqlarının azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhid Bəxtiyar Aslanovun ad günü munasibətilə tədbir keçirilmisdir. Tədbirdə Bəxtiyar Aslanovun doğma torpaqların azad olunması uğrunda gedən döyüslərdə şücaət göstərərək Murovdağın Ağbaba yüksəkliyində şəhidlik zirvəsinə ucalması barədə danışılmış, məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə həsr olunmuş şeir və bayatılar dinlənilmis, məktəbin xor kollektivinin çıxışı ilə Nailə Mirmmədlinin "Ey Ana vətən", Aygün Səmədzadənin "Zəfər nəğməsi" mahnısı səsləndirilmişdir. Tədbir məktəbin direktoru Almaz Əliyevanın çıxışı ilə başa çatmışdır.