Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.

27.12.2021

25.12.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.

Məktəbin direktoru Aidə Əmrahova tədbiri açaraq iştirakçıları salamlayıb, xalqımızı Həmrəylik günü və Yeni il bayramları münasibəti ilə təbrik edib.

Tədbirin aparıcıları: Nəzəriyyə şöbəsinin müdiri Yeganə Abbasova və şagird Tərlan Məmmədova Həmrəylik Günü barədə məlumat veriblər. Tədbirdə məktəbin nəzəriyyə şöbəsinin müəllimləri Yeganə Abbasova, Esmira Novruzova, Könül Rəhimova, Günel Hacıyeva, Günay Babayeva şagirdləri ilə birlikdə səhnəcik, mahnı və rəqslər təqdim etmişlər.

 

87.3 KB