Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami Gəncəvinin ili” çərçivəsində yekun tədbir keçirilmişdir

25.12.2021

24 dekabr 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin və Nizami Gəncəvi Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar Gəncə şəhər Nizami Gəncəvi Muzeyində yekun tədbir təşkil olunmuşdur.

Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, AMEA-nın Gəncə bölməsinin elmi işçiləri Aləmzar Tağıyeva və Əlimuxtar Muxtarov, Gəncə Dövlət Universitetinin nizamişünası Bayram Apoyev, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, Gəncə şəhər 4 nömrəli orta məktəbin direktoru Əliağa Səfərəliyev, mədəniyyət, incəsənət işçiləri iştirak etmişlər.

İlk öncə qonaqlar Nizami Məqbərəsini ziyarət etmişlər, məqbərə önünə təzə-tər çiçəklər düzmüşlər.

Nizami Gəncəvi Muzeyində Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin və Gəncə Dövlət Rəsm Qalereyasının fond müdiri, dekorativ tətbiqi sənət ustası Məhbubə Həsənovanın Nizami Gəncəvinin “Xəmsə”si motivində sərgi nümayiş etdirildi.

Daha sonra tədbir Nizami Gəncəvi Muzeyində davam etdirilmişdir. İlk olaraq söz Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova verildi. O, Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar il ərzində keçirilən tədbirlərdən bəhs etdi və il ərzində tədbirlərin keçirilməsində zəhməti olanların hər birinə öz minnətdarlığını bildirdi.

Daha sonra söz Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərova verildi. O, öz nitqində Nizami yaradıcılığının dərin anlam kəsb etdiyini və müdrik insanın yubileylərindən danışdı və qeyd etdi ki, bu günki tədbirimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə təsadüf edir. AMEA-nın elmi işçiləri Aləmzar Tağıyeva və Əlimuxtar Muxtarov Nizami Gəncəvi Muzeyində yerləşən əlyazmalar və monoqrafiyalar haqqında məlumat verdilər. Gəncə Dövlət Universitetinin nizamişünası Bayram Apoyev Nizami Gəncəvinin şeirini söylədi. Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova əvvəlcə tədbirə dəvət etdikləri üçün təşkilatçılara təşəkkürünü bildirdi və Nizami Gəncəvinin yaradıcılığı haqqında qısa məruzə ilə çıxış etdi. Gəncə şəhər 4 nömrəli orta məktəbin direktoru Əliağa Səfərəliyev də öz fikrini bildirdi və məktəbin şagirdləri Nizami Gəncəvinin qəzəllərindən bir parça səsləndirdilər. Şair-publisist, Əməkdar Mədəniyyət işçisi Bəxtiyar Muradov Azərbaycan Respublikasının Prezidenri cənab İlham Əliyevə həsr etdiyi şeirini oxudu. Sonda Gəncə şəhər Nizami Gəncəvi Muzeyinin direktor əvəzi Könül Süleymanova Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə və tədbirdə iştirak edənlərin hər birinə öz minnətdarlıqlarını bildirdilər.

Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının muğam üçlüyü musiqi töhfəsini təqdim etmişdir (ansamblının bədii rəhbəri Sahil Quliyev).

 

54.9 KB