Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Dəmir Yumruq” adlı onlayn konfrans keçirilmişdir

24.12.2021

23.12.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialı və Biləsuvar Regional Mədəniyyət İdarəsi Cəbrayıl rayon MKS-nin birgə təşkilatçılığı ilə Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “ Dəmir Yumruq” adlı onlayn konfrans keçirildi. Tədbirə başlamazdan öncə Qarabağımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Samux rayon MKS-nin Qarayeri qəsəbə kitabxana filial müdiri Samirə Məmmədova açaraq qonaqları salamladı və Ali Baş Komandan cənab Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsi qazanılan şanlı tariximizdən. Bu Qələbə tarixdə əbədi qalacaqından. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etməsindən.Ali Baş Komandan dəfələrlə demişdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdi ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Cəbrayıl rayon MKS-nin direktoru Vasif Quliyev çıxış edərək Cəbrayıl rayonunun tarixi adidələrin, muzeylərin,yaşayış binaların erməni vandalları tərəfindən dağıdılmasından danışdı. Samux rayon MKS-nin direktor səlahiyyətlərini müvəqqəti icra edən Telli Nəsibova, Kəlbəcər MKS-nin direktoru Sadiqə Quliyeva, Laçın MKS-nin xidmət şöbəsinin müdiri İlqarə Xıdırova , Laçın MKS-nin Suarası kənd kitabxana filial müdiri İsmayılova Səbinə,Samux rayon MKS-nin xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva, Qarayeri klubunun müdiri Qünel Həsənova, Samux rayon Mədəniyyət Mərkəzinin təşkilatçısı Şəlalə Tağıyeva, Samux MKS-nin Sarıqaya kitabxana filial müdiri Tahirə Abbasova da öz çıxışlarında Zəfər zirvəsinə yüksəlmiş Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atmasından. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsindən 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq olmasından. Belə ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində “Dəmir Yumruq” Zəfəri ilə sona çatması ilə çıxışlar etdilər. Və hər bir tərbir iştırakçısı Cənab Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik etdilər.Cəbrayıl MKS-ninbaşda Vasif Quliyev olmaqla kollketivini Cəbrayılın azad olunması münasibəti ilə təbrik etdilər .

 

97.5 KB