Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dəyirmi masa keçirilib

24.12.2021

24 Dekabr tarixində Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibəti ilə dəyirmi masa təşkil edildi.

            Tədbiri açan oxu zalının müdiri Aidə Abdullayeva tədbir iştirakçılarını salamladıqdan sonra prezident İlham Əliyevin həyatı ilə bağlı məlumatla iştirakçıları tanış etdi.

            Gəncə Dövlət Universitetinin Ümumi Tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarova söz verildi: -. Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin xidmətləri, dərin zəkası, mükəmməl hazırlığı, düzgün idarəçiliyi, xalqına, vətəninə vurğunluğu, valideynlərinə sədaqətliliyi, sözünə əməl etməsi, hərbi potensialımızı artırması 27 il murdar ermənilərin tapdağı altında olan müqəddəs torpaqlarımızın azad edilməsinə səbəb olmuşdur...” MKS-nin direktor əvəzi Fəridə Qədimova prezident İlham Əliyevin Azəbaycan xalqının müstəqilliyi tarixində atdığı önəmli imzalardan, siyasi görüşlərindən, mədəniyyət sahəsinə böyük diqqət və təşəbbüsslərindən danışdı və prezidentimizi doğum günü münasibəti ilə təbrik edərək Müstəqil Azərbaycanın inkişafinda sağlam canla inkişafa doğru daha uzun illər addımlamağı dilədi.

            Yaşasın Azərbaycan xalqı! Yaşasın Prezidentimiz!  Doğum Gününüz Mübarək Möhtərəm Prezidentimiz!!!

 

133.4 KB

 

95.5 KB

 

99.9 KB