Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfərimizin memarı” adlı sərgi keçirilib

24.12.2021

24.12.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar “Zəfərimizin memarı” adlı sərgi təşkil olunub.
Tədbiri filialın müdiri Esmira Həsənova açaraq Zəfərimizin memarı Prezident İlham Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verdi.
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 yaşı tamam olur. O, 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.İlham Əliyev 2003-cü ildən Azərbaycan Respublikasına rəhbərlik edir. Bu müddət ərzində o, 4 dəfə xalq tərəfindən prezident seçilib.Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli liderin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirib. Sonda Müzəffər Ali Baş Komandan hədəfə çatdı, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.
Sonra Cənab Prezident İlham Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi nümayiş olundu.
Tədbirdə Gəncə şəhər Fizika İnformatika Riyaziyyat təmayüllü litsey məktəbin tarix müəllimi Şəfa Həsənova və  7-ci sinif şağirdləri iştirak etdi.
 

 

262.1 KB