24.12.2021
24.12.2021-ci ildə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı Gəncə şəhərinin adının bərpa olunmasının 32 ildönümünə həsr edilmiş "Bəxtimə düşən şəhər-ulu adın mübarək" başlıqlı onlayn tədbir keçirdi. Tədbiri açan filialın müdiri Rahilə Qasımova tədbir iştirakçılarını salamladı və Gəncə tarixi haqqında məlumat verdi. Tədbirdə GDU-nın Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı, ADAU-nin ictimai elmlər və multikulturalizm kafedrasının müəllimi Şəfa Mustafayeva və MKS-nin direktor əvəzi Fəridə Qədimova tədbirdə çıxış etdilər.
Tədbirdə çıxış edənlər Gəncənin 4 min illik zəngin tarixindən və adının bir neçə dəfə dəyişdirilməsindən ətraflı danışdılar. O da qeyd edildi ki, həmin zamanlar Gəncənin adını bərpa etmək cəsarət tələb edirdi. İgid və mərd gəncəlilər illərlə Gəncənin adının özünə qaytarılmasına çalışıblar. Xalqın ziyalıları, eləcə də mütərəqqi fikirli vətəndaşların təkidi ilə məhz 1989-cu ilin 30 dekabrında nəhayət 54 ildən sonra Gəncə şəhərinin adı özünə qaytarıldı.
Tədbirdə Gəncənin elmi, mədəniyyəti, qədimliyi, tolerantlığı, multikulturalizmi əhalisindən, "Gəncə-2016 Avropa Gənclər Paytaxtı" olmasıdan fəxarətlə danışıldı. Sonra Gəncə şəhər C.Cabbarlı adına Dövlət Dram Teatrının əməkdar, artisti Rəhilə Məmmədova Azərbaycanın tanınmış şairi Əhməd Cavadın "Gəncəm hey..."şeirini söylədi və 2 saylı musuqi məktəbinin şagirdləri Sevinc Ömərova, Tunar Cəfərov "Gəncəm" mahnısını ifa etdilər. Onları fortepiano müəllimi Arzu Məmmədov müşayət etdi. Tədbirdə Gəncəyə həsr edilmiş videoçarx nümayiş etdirildi.