Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitab xülaləsi keçirilib

23.12.2021

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana  filialı dünya ədəbiyyatı incilərindən seçmələr silsiləsindən Amerika ədəbiyyatının görkəmli nümayəndələrinin bir neçəsinin əsərlərindən ibarət kitab xülasəsi keçirtdi. Tədbiri 15 saylı filialın kitabxanaçısı Esmira Məlikova apardı. Kitabxanaçı dünya şöhrətli, bəşər ədəbiyyatı xəzinəsində özünəməxsus yeri olan yazarlardan olan Mark Tvenin “Seçilmiş əsərləri”nə daxil olan “Tom Soyyerin macəraları”, “Heklberri Finnin macəraları” əsərlərini, Fenimor Kuperin “Ləpirçi” romanını, Ernest Heminqueyenin “Seçilmiş əsərləri”nə daxil olan “Əcəl zəngi” romanını, “Qoca və dəniz” povesti kimi məşhur əsərlərinin xülasəsini etdi. Kitabxanaçı kitabları əldə etmək üçün oxucuların həm ənənəvi, həm də onlayn şəkildə kitabxanaya müraciət edə biləcəklərini iştirakçıların nəzərinə çatdırdı və onların suallarını cavablandırdı. Sonda tədbir iştirakçılarına öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.

 

202.1 KB