Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hər bir Azərbaycanlının Prezidenti – İlham Əliyev” mövzusunda tədbir keçirilmişdir

23.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar “Hər bir Azərbaycanlının Prezidenti – İlham Əliyev” mövzusunda tədbir keçirdi.

Tədbirdə K.D.Uşiniski adına 29 №-li tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.

Mərkəzin elmi işçisi Gülər Ellazova şagirdləri Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyində nümayiş olunan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Gəncə şəhərinə müxtəlif vaxtlarda səfərlərinə həsr olunmuş fotostendlə tanış etdi.

Tədbiri açıq elan edən Mərkəzin direktor əvəzi İlknur İsgəndərova qeyd etdi ki, Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xairici siyasət tarixi¬n ən ciddi uğurlarına imza atmış oldu. Ölkənin şəhər və kəndləri öz simasını dəyişdi, iqtisadi, sosial və mədəni layihələr uğurla həyata ke¬çirildi. Ali Baş Komandan İlham Əliyevin rəhbətliyi altında başlanan 44 günlük müharibə bizə 30 il öncə itirdiyimiz torpaqlarımızı qaytardı. İşğal olunmuş torpaqların azadlığı uğrunda qanını töküb, canını qoyan, vətən səmasında sərgərdan dolanan Şəhid ruhlarına rahatlıq verdi. Bizə yenidən özümü¬zü tanımaq imkanı verdi. İtirilmiş Qarabağı yenidən və birdəfəlik bizə qaytardı.

Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva, K.D.Uşiniski adına 29 №-li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova öz çıxışlarında bildirdilər ki, o insanlar qəhrəman olurlar ki, vaxtında düzgün və cəsarətli qərarlar qəbul edə bilirlər. Pre¬zident İlham Əliyev qurduğu Azərbaycan ordusu ilə, rəşadətli Azərbaycan əsgər və zabitləri ilə Vətən müharibəsi tarixinə bir sərkərdə kimi, Qarabağ fatehi kimi öz adını yazdı. Qazandığımız zəfərdə xalqın dövlət başçısı ilə birlikdə olması 30 illik Qarabağ həsrətinin sona çatmasına səbəb oldu.

Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi, bu, bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycan nə qədər böyük, nə qədər vətənpərvər, dəmir iradəyə malik bir xalq olduğunu bir daha göstərdi: “30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü topladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik”.

29 №-li tam orta məktəbin şagirdi Məhərrəm Hüseynov Ali Baş Komandan İlham Əliyevə həsr olunmuş şeir söylədi.

Mərkəzləşmiş Kitabxana Sisteminin 16 №-li kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova şagirdləri Ali Baş Komandan İlham Əliyevə həsr olunmuş kitablardan ibarət sərgi ilə tanış etdi.

Sonda Mərkəzin bələdçisi Sevinc Bədəlovanın hazırladığı “Qalib sərkərdə” adlı video-çarx nümayiş olundu.

 

105.6 KB

 

148.2 KB

 

117 KB