Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Kamil bir palançı olsada insan, yaxşıdır yarımçıq papaqçılıqdan” mövzuda tədbir keçirilmişdir.

22.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsinin Nizami Gəncəvi Muzeyi və Nizami Gəncəvi Məqbərəsinin birgə təşkilatçılığı ilə "Kamil bir palançı olsada insan, yaxşıdır yarımçıq papaqçılıqdan" mövzuda tədbir keçirilmişdir. Tədbirə "Orta əsr Ağsu şəhər" Dövlət Tarix- Mədəniyyət Qoruğu dəvət olunmuşdur.

İlk öncə qonaqlar Nizami Gəncə Məqbərəsini ziyarət etmişdilər.

Sonra muzeydə "Nizami" filmi nümayiş etdirilmiş və dəyirmi masa arxasında Nizami Gəncəvinin qəzəllərindən və kəlamlarından parçalar söylənilmişdir. Qonaqlara Məqbərənin və muzeyin bukletləri hədiyyə olunmuşdur.

Tədbirdə həmçinin AMEA-nın Gəncə ədəbiyyat institutunun müdiri Ruziyyə Quliyeva və Gəncə Maarif evinin direktoru İmamverdi Vəliyev iştirak etmişlər.

 

146 KB