Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xan Şuşinski - Azərbaycan muğam sənətinin Xanı” adlı söhbət keçirilib

21.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 20.11.2021-ci il tarixində Muğam ustası Azərbaycanın Xalq artisti Xan Şuşinskinin anadan olmasının 120 illik yubileyi ilə əlaqədar “Xan Şuşinski - Azərbaycan muğam sənətinin Xanı” adlı söhbət keçirdi. 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva iştirakçıları salamladı və Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri olan Xan Şuşinski haqqında danışdı. Filial müdiri bildirdiki, böyük sənətkar 1901-ci il avqustun 20-də Qarabağın məşhur tayfalarından olan Cavanşir sülaləsinə mənsub Aslan bəyin ailəsində dünyaya göz açıb və “Xan” adının verilməsinin maraqlı tarixçəsi var. Tədbirdə hal-hazırda təqaüdə olan Azərbaycan dili və ədəbiyyat müəlliməsi olan Validə Hüseynova Xalq artisti Xan Şuşinskinin haqqında çox maraqlı məlumatlar verdi. Bildirdiki, İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb, Azərbaycan musiqisinin həqiqi Xanı olub.  Azərbaycan musiqi tarixinin əvəz olunmaz korifeyi Xan Şuşinskinin səsinin yadigarı kimi günümüzə onun cəmi 240 dəqiqəlik lent yazısı gəlib çatıb. Xan Şuşinski 1979-cu ildə vəfat edib və Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilib. 

 

112.6 KB