Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ən ülvi duyğudur Vətən sevgisi”mövzusunda görüş keçirilib

21.12.2021

21.12.2021-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qanlıkənd  kənd kitabxana  filialının  işçiləri Kəlbəcər rayon Fövqaladə Hallar İdarəsinin əməkdaşları ilə “Ən ülvi duyğudur Vətən sevgisi”mövzusunda görüş  keçirildi.Tədbiri giriş sözü ilə Qanlıkənd   kənd kitabxana filialının  müdiri  Həsənova Şövkət     açaraq  bildirdi ki, Vətən müharibəsində tarixi Qələbənin qazanılmasında digər qurumlar kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşları da xüsusi xidmətləri ilə seçiliblər. Döyüşlər zamanı cəbhəboyu ərazilərdə və azad edilmiş rayonlarda xidmət aparan qəhrəman yanğın söndürənlər onlarla yanğının qarşısını alıb, insanların həyatını xilas ediblər. Vətən müharibəsi zamanı böyük qəhrəmanlıq göstərərək öz xidməti vəzifələrini layiqincə yerinə yetirən yanğın söndürənlərin fəaliyyətini qiymətləndirilməsindən danışdı. Kəlbəcər rayon Fövqaladə Hallar İdarəsinin rəisi Rzayev Tofiq İsmayıl oğlu çıxış edərək, döyüşlər zamanı FHN Dövlət Yanğından Mühafizə hissələrinin gücləndirilmiş iş rejimində xidmət apardığı bildirib, cəbhə xəttində yerləşən Füzuli rayonunun kəndlərinin düşmən tərəfindən mütəmadi olaraq ağır artilleriyadan atəşə məruz qaldığı bir vaxtda yanğın söndürənlərin qorxmadan, çəkinmədən, operativ şəkildə öz xidməti vəzifələrini layiqincə və peşəkarlıqla yerinə yetirmələri, baş verən yanğınları söndürərkən öz həyatlarını təhlükəyə atan yanğın söndürənlərin bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəldiklərindən danışdı.