Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bəşəriyyətin düçar olduğu bəla” adlı videokonfrans keçirdilər.

21.12.2021

20 dekabr 2021- ci il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın  işçiləri  Narkomaniyaya  həsr edilmiş  “Bəşəriyyətin düçar olduğu bəla”  adlı videokonfrans  keçirdilər.

   Tədbiri Xidmət şöbəsinin müdiri  Səidə Abdullayeva açaraq narkomanlığın gəncliyi necə dəhşətli bəlaya sürüklədiyindən , gənclərin gələcəyinin böyük dəhşətli  təhlükələrlə üzləşəcəklərindən  söhbət açdı.

  Tədbirdə Goranboy rayon  Uşaq Ailələrə Dəstək Mərkəzinin rəhbəri Sənəm Alxasova  narkomaniyanın fəsadları və cəmiyyətdə törətdiyi faciələr barədə danışdı.

  Gənclərin İnkişaf və Karyera Mərkəzinin ictimaiyyətlə əlaqədar şöbəsinin tədbirlər üzrə mütəxəssisi İlkin Məmmədov çıxış edərək narkomanlığın ailələrdə, uşaqların gələcək inkişafında törədəcəyi  ağır fəsadlarından , narkomanların dünyaya gətirdiyi körpələrin xəstə doğulmaqlarından , valideyinlərin övladları ilə düzgün  münasibət qurmamasından söhbət açdı.

   Eyni zamanda Goranboy rayon YYÇPİT-in inspektoru  polis leytenantı  Mahir Cəfərov çıxış edərək  narkomaniya barədə statistik  məlumat verib və qarşısının alınması üçün görülmüş tədbirlərdən danışdı.

   Şahməmmədli kənd kitabxana filialının işçisi Rəxşəndə Xəlilova  narkomaniyaya qarşı mübarizədə ictimaiyyətin böyük rol oynadığından söhbət açdı.Gəncləri bu cür bəlalardan uzaq durmağa səslədi.

 

128.8 KB