Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nağıllar aləminə səyahət” başlığı altında nağıl saatı keçirilib

21.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 20.12.2021-ci il tarixində “Nağıllar aləminə səyahət” başlığı altında Samux rayon 6 saylı uşaq bağçasında nağıl saatı təşkil etdi. Uşaq söbəsinin müdiri Venera Məmmədova balaca fidanları – fonda daxil olan yeni uşaq ədəbiyyatları ilə yaxından tanış etdi. “Nağıllar aləminə səyahət” başlığı altında keçirilən nağıl saatında uşaqlar sehirli nağıl aləminə səyahət etdilər. “Qoğal”,”Qayçı”,”Çeşmək”, “Məğrib ğözəlinin hekayəti”,”Meyvələrin söhbəti”,”Poçt qutusu” və s.kitablarından nağıllar oxudu.Körpə fidanlar nağılları həvəslə dinlədilər,bir-birindən maraqlı nağıllar uşaqların sevincinə səbəb oldu.Nağıllara qulaq asan balacalar qəhrəmanliq,cəsurluq,dostluqluğun nə olduğunu öyrənərək nağıllara qarşı həvəsləri dahada artdı.

 

162.3 KB