21.12.2021
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı filialı“Ağ ölümə” narkomaniyaya qarşı mübarizə ilə əlaqədar “Gələcəyimizi birlikdə düşünək narkomaniyaya “yox” deyək”başlığı altında Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbdə tədbir keçirtdi.
Tədbiri filialın müdir əvəzi Şəhla İlyasova apardı. O ilk öncə tədbir iştirakçılarını salamladı. Qeyd etdi ki, ötən əsrin bəlalarından olan narkomaniya yaşadığımız əsrdə də qlobal problem olaraq qalmaqdadır. Tədbiri məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirməkdə məqsəd “Ağölümün” narkomaniyanın necə qorxunc bir bəla olduğu haqqında onları məlumatlandırmaqdır. Bu bəladan uzaq olmağın ən yaxşı yolu isəondan heç vaxt iştifadə etməməkdir. Tədbirdə məktəbin psixoloqu TəranəƏsgərova, Azərbaycan dili vəədəbiyyatı müəllimi Sahilə Qəmbərova, Uşaq Birliyi Təşkilatının rəhbəri Elnurə Hüseynova çıxış etdilər. Qeyd etdilər ki, təkcə qadağalarla bu bəladan qorunmaq çıxış yolu deyil. Yeniyetmələrinbu xəstəlik haqqında gərəkən məlumatlar almaları, narkotiklərdən istifadənin necə dəhşətli, çox zaman geriyə dönüşü olmayan dərdlərə, fəsadlara səbəb olduğunu bilmələrinin vacib olduğu nəzərəçatdırıldı. Sonra şagirdlər“Gələcəyimizi birlikdə düşünək narkomaniyaya “yox” deyək”başlıqlı videoçarxı izlədilər. Tədbirin sonunda iştirakçılar birlikdə bütün gəncliyə“Ağölümə” narkomaniyaya “YOX” deyək mesajı verdilər.