Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Multikulturalizm Azərbaycan xalqının həyat tərzidi” başlığı altında söhbət keçirilimişdir

20.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində  “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidi” başlığı altında söhbət keçirildi. Kitabxananın böyük kitabxanaçısı Aytən Əliyeva söhbəti açaraq bildirdi ki, Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Tarix boyu Azərbacanda ayrı-ayrı millətlər sülh, əmin-amanlıq, qarşııqlı anlaşma və dialoq şəraitində sıxılmadan yaşayaraq, mədəniyyətlərinidə yasatmışlar. Çünki, onlar özlərinə həmişə tolerant münasibət görmüşlər. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edirlər. Hal-hazırda ölkəmizdə azərbaycanlılarla birlikdə ləzgilər, udinlər, talışlar, kürdlər, ruslar və s. xalqların nümayəndələri mehribanlıq və dostluq şəraitində yaşayırlar. Maraqlı keçən tədbirdə uşaqların verdiyi suallar ətraflı şəkildə cavablandırıldı və müxtəlif xalqların nümayəndələrinə məxsus nağıllar oxundu. Sonda rus xalq nağlı olan “Qazlar” cizgi filminə tamaşa edildi. Tədbirdə 26 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəbin bir qrup aşağı sinif şagirdləri iştirak etdilər.

 

268.7 KB

 

196.3 KB