Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Söz mülkünün fatehi- Nizami Gəncəvi” adlı sərgi keçirilmişdir

17.12.2021

Dahi şairin 880 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ili "Nizami Gəncəvi ili" elan etmişdir.Bu sərəncamı əsas tutaraq Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 17.12.2021- ci il tarixdə "Söz mülkünün fatehi- Nizami Gəncəvi" adlı sərgi təşkil etdi.Sərgini kitabxanaçı Vüsalə Mustafayeva aparırdı
Sərgidə Nizami Gəncəvi yaradıcılığının müxtəlif dillərdə ölməz inciləri olan əsərləri," Xəmsə" sindən ayrı-ayrı poemalar,qəzəl,qəsidə,rübai və hekayələri,eləcə də Nizami Gəncəvi haqqında yazılmış əsərlər,dövri mətbuat nümunələri öz əksini tapmışdı.Kitabxanaçı vurğuladı ki,şair öz əsərlərində insanların hiss,həyacan,arzu və istəklərini elə tərənnüm etmişdir ki, bəşəriyyət yaşadıqca Nizami də, onun əsərləri də yaşayacaqdır.

 

154.2 KB