Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidlik zirvəsinə ucalanlar” adlı anım günü keçirilmişdir

16.12.2021

16.12.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı Azərbaycan Milli Qəhrəmanı Salatın Əsgərovanın anadan olmasının 60 illiyi ilə bağlı “Şəhidlik zirvəsinə ucalanlar” adlı anım günü keçirdi.

Tədbiri filialın müdiri Esmira Həsənova açaraq Milli Qəhrəman Salatın Əsgərova haqqında məlumat verdi.

Sonra isə  Gəncə Rəsm Qalereyasının baxıcısı Şəbnəm Rzayeva çıxış edərək bildir ki,bir oğul anası olan Salatın onun gələcəyi, əmin-amanlıq içərisində yaşaması üçün bu çətin yolu seçmişdi. Hər zaman olduğu kimi yenə əcəl ölüm zəngini vaxtında çalmır. Daim ön cəbhədə olan Salatın Əsgərova bir gün ordan geri dönə bilmir. İnsanlar onun yazılarını gözləyərkən ölüm xəbəri gəlir. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur və elə oradaca qətlə yetirilir.

11 saylı filialın böyük kitabxanaçısı Elyanora Adıgözəlova isə öz çıxışında bildirdi ki, qeyrətli vətən qızı Salatından geriyə torpaq üçün göstərdiyi qəhrəmanlıqları, vaxtında hazırladığı reportajları və bir oğlu qaldı.Hazırda o da anasının yolunu davam etdirərək jurnalist kimi fəaliyyət göstərir.Vəfatından sonra Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulmuşdur. Yaşadığı binaya barelyefi vurulmuşdur. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd adlanır”.

Tədbirdə Vətənimizin  bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Sonda isə tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinə həsr olunmuş guşə ilə yaxından tanış oldular.

Tədbirdə 11 saylı filialın işçiləri, Gəncə Rəsm Qalereyasının, Mədəniyyət evinin, Məhsəti Muzeyinin , Tarix Diyarşünaslıq Muzeyinin əməkdaaşları və kitabxananın fəal oxucuları iştirak etdi.

 

79.3 KB