Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sönməz günəşin hikmət dəryası” başlığı altında tədbir keçirilib

16.12.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 15.12.2021-ci il tarixində Azərbaycan dahi şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkəmizdə elan olunan “Nizami ili”ilə əlaqədar olaraq “Sönməz günəşin hikmət dəryası” başlığı altında tədbir keçirtdi.

 Uşaq şöbəsi Gəncə şəhər 26 №-li məktəbin 3-cü sinif şagirdləri ilə birlikdə Nizami məğbərəsini ziyyarət etdilər.

İlk öncə uşaq şöbəsinin kitabxanaçısı Nərmin Qasımova kitabxanada dahi şair haqqında  şagirdlərə geniş məlumat verdi.Bildirdi ki, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəvi yaradıcılığı dünya ədəbiyyatı tarixində təkrarolunmaz bir mərhələ, yeni bir tarixi dövr və müdriklik zirvəsidir.Tədbirdə iştirak edən  26 N-li məktəbin  müəlliməsi  Mehriban Məmmədova vurğuladı ki, Nizami Gəncəvi dünya ədəbiyyatının  nadir ədəbi simalarından biridir. Şairin bütün əsərləri dünyada  tanınır və Nizami Gəncəvi, nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün Şərqdə belə yeni bir ədəbi məktəbin əsasını qoymuşdur. Nizamidən sonra yaşamış görkəmli Şərq şairləri əsrlərcə böyük sənətkarın əsərlərindən ilham almış, ondan sənətkarlıq öyrənmiş, onun irəli sürdüyü mütərəqqi fikirlərini tərənnüm edib, şairi böyük ustad kimi xatırlamışlar. Sonra şagirdlər  dahi şairə həsr olunmuş video-çarx  izlədilər,əsərlərindən ibarət kitab sərgisi ilə tanış oldular.

Daha sonra Uşaq şöbəsinin  kitabxanaçısı ilə birlikdə tədbirdə iştirakçıları Nizami Gəncəvini məqbərəsinə ekskursiya etdilər. Tədbiri keçirtməkdə məqsəd tarixi irsimizi, dəyərlərimizi gənc nəslə sevdirmək, şagirdlərin bu sahəyə aid biliklərini artırmaqdır

 

158.7 KB

 

115.6 KB

 

117.5 KB