Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Muğam dünyasının Xanı” adlı onlayn ədəbi-bədii gecə keçirilib

15.12.2021

Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı 14.12 2021-ci il tarixdə Azərbaycanın Xalq artisti, xanəndə Xan Şuşinskinin  anadan olmasının 120 illiyinə həsr edilmiş "Muğam dünyasının Xanı" adlı onlayn ədəbi-bədii gecə keçirdi.  Ədəbi-bədii-gecəni  açan filialın müdiri Rahilə Qasımova  hamını salamladı və bu gün işığına toplaşdığımız Xan Şuşinskinin doğulduğu füsünkar təbiəti, havası, suyu, gözəlliyi, xarıbülbülü ilə dillər əzbəri olan Şuşa bu gün  azaddır  söylədi. Yəqin Xan Şuşinskinin ruhu da artıq rahatdır.
Tədbirdə 1saylı musiqi məktəbinin musiqi nəzəriyyəsi  müəllimi Günel Hacıyeva, Yazıçılar Birliyinin üzvü, şairə, Gəncə yazıçılar birliyinin  baş məsləhətçisi Aləmzər Əlizadə, 2 saylı musiqi məktəbinin musiqi nəzəriyyəsi müəllimi Nərminə Həsənova, AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi adına şöbənin baş elmi işçisi Aləmzər Tağıyeva, MKS-nin direktor əvəzi Fəridə Qədimova, GDU-nin psixologiya kafedrasının baş müəllimi Alvina Babayeva çıxış etdilər. Çıxış edənlər Xan  Şuşinskinin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verdilər.  Həmçinin tədbirdə Şuşanın Azərbaycanın konservatoriyası adlandırılmasından və II Qarabağ vətən müharibəsində  azad edilməsindən sonra  Azərbaycanın Mədəniyyət paytaxtı elan olunmasından danışdılar.  Xan Şuşinski yaradıcılığında Şuşa mühitinin əvəzsiz rolundan söhbət açdılar. Xan Şuşinskinin  ifa tərzindən hələ neçə-neçə gələcək nəsil bəhrələnəcəkdir.   Tədbirdə musiqinin insan ruhunda, qanında yaşaması, psixologiyasına göstərdiyi müsbət təsir də  qeyd edildi. Sonra  2 saylı musiqi məktəbinin müəllimi  Mehparə  Cəfərovanın şagirdi Sevinc Ömərova  "Şuşanın dağları"-nı ifa etdi. Onu həmin məktəbin müəllimləri   tarda  Ramin Qasımov, kamançada Şəlalə Kərimova, nağarada Nazir Zeynalov müşayət etdilər. 1 saylı musiqi məktəbindən səs muğam şöbəsinin müəllimi Xəyal Əliyevin  şagirdləri  Bəxtiyar Quliyev, Sidqi Verdiyev və Cəlal Şəfiyev  "Qarabağ şikəstəsi"ni  ifa etdilər. Onları müəllimlərdən Xəyal və Tural Əliyevlər  tar, nağarada müşayət etdilər. Sonda Xan Şuşinskiyə həsr edilmiş videoçarx nümayiş etdirildi.

 

88.9 KB

 

79.5 KB