13.12.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Əhmədbəyli kənd kitabxana filialının kollektivi və Əhmədbəyli kənd tam orta məktəbinin kollekivi ilə birgə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan "Dahi şəxsiyyət" adlı Əhmədbəyli kənd tam orta məktəbində anım tədbiri keçirildi. Samux rayon Əhmədbəyli kənd kitabxana filialının müdiri Gülər Kərimova tədbiri giriş sözü ilə açaraq, Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Müasir Azərbaycanın memarı və qurucusu Ulu öndərimizin şərəfli ömür yolundan, vətənimiz qarşısında tarixi xidmətlərindən danışdı. Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin Tarix müəlliməsi Şükurova Məhəbbət qeyd etdi ki, Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Sonra Samux rayon Əhmədbəyli kənd kitabxana filialının kitabxanaçısı Rəqsanə Abdullayeva öz çıxışında Heydər Əliyevin müstəqilliyimizin əbədi və dönməz olmasında müstəsna xidmətlərindən danışmış, Ulu Öndərin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğunu, bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr etdiyini, məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini diqqətə çatdırmışdır. Sonda məktəbin 8-ci sinif şagirdləri Ümid Atayev ,Ayxan Şükürlü , Ələkbərli Mədinə və Ələkbərli Xədicə, Ümummilli Heydər Əliyev və şəhidlərə həsr olunan şeirlər söylədilər.