Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ulu sərkərdə ulu bir öndər”adlı tədbir keçirilib

13.12.2021

 Gəncə Regional Mədəniyyət idarəsi Samux rayon MKS-nın Yuxarı Ağasıbəyli kənd kitabxana filialının və Yuxarı Ağasıbəyli kənd tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin vəfatının 18-ci il dönümü ilə bağlı "Ulu sərkərdə ulu bir öndər"adlı tədbir keçirildi.Tədbiri məktəbin direktoru Məhərrəmova Gülsəfa açaraq Ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin Azərbaycan dili-ədəbiyyat müəlliməsi Alıyeva Səbinə Ulu öndərin "Əsrin müqaviləsi haqqında məlumat verdi.Yuxarı Ağasıbəyli kənd kitabxanasının müdiri İsayeva Abidə Heydər Əliyevin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.Ulu öndər Heydər Əliyev zəngin idarəetmə təcrübəsi, yüksək siyasi intellekti mədəniyyətimizə və mənəviyyətimizi dərindən bilən olduğu üçün milli inkişaf konsepsiyasını işləyib hazırlamış və dönmədən həyata keçirmişdi. Məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər. Sonda Ulu Öndər haqqında hazırlanmış videoçarx nümayiş olundu.

 

133.8 KB

 

421.8 KB